Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində rayon Mərkəzi kitabxanasının təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Tarix-Diyarşünaslıq Muzeyinin, Mirzə Ələkbər Sabirin ev-muzeyinin, Dövlət Rəsm Qalereyasının əməkdaşları da iştirak ediblər.
Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Ə.Xələfov, Sabirin ev-muzeyinin direktoru R.Xəlilova, Mərkəzi kitabxananın şöbə müdiri Z.Hacıyeva çıxış edərək, ümummilli liderin Azərbaycan mədəniyyətinin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıblar. Çıxışlardan sonra ulu öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.