Ölkəmizin abadlaşan, yeniliklərə qucaq açan bölgələrindən biri də Ağstafadır. Rayonda geniş tikinti-quruculuq işləri ilə yanaşı, yeni mədəniyyət ocaqları, istirahət məkanları da yaradılır. Ağstafadakı tarixi və müasir abidələr parkı belə məkanlardandır.
Prezident İlham Əliyevin 30 iyun 2014-cü il tarixli ”Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamına əsasən inşa edilən Ağstafa Musiqi Mərkəzi də rayonun mədəni həyatına rəng qatacaq. Bugünlərdə təməli qoyulan mərkəz rayonda musiqi mədəniyyətinin inkişafına töhfələr verəcək. 300-dən çox şagirdin təhsil alacağı belə bir mərkəzin tikilməsi bütün ağstafalıların ürəyincədir.
Uzun illərdir istifadədə olan rayon Mədəniyyət evi də dövlət başçısının sərəncamına əsasən yenidən qurulur. Bina memarlıq elementlərinin zənginliyi ilə də Ağstafaya yaraşıq verəcək.