Dekabrın 5-də Səməd Vurğun adına Qax rayon Mədəniyyət evində şəhər kitabxanası ilə birgə görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin 100 illik yubileyi münasibətilə “Yazıçı qələminin sehri” adlı ədəbi-bədii gecə keçirildi. Gecədə rayon İcra Hakimiyyətinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edirdi.
Qax şəhər kitabxanasının direktoru Məhsəti Xəlilova yazıçının həyat və yaradıcılığı haqqında məlumat verdi. Rayon İcra Hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova çıxış edərək, İlyas Əfəndiyevin yaradıcılığından söz açdı, Azərbaycan ədəbiyyatına verdiyi töhfələri yüksək qiymətləndirdi.
Sonra ədibin “Xurşudbanu Natəvan”, “Sən həmişə mənimləsən”, “Mahnı dağlarda qaldı” pyeslərindən parçalar nümayiş etdirildi. Göstərilən səhnələr tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı. Rayon Mədəniyyət evinin “Arzu” ansamblının ifasında yazıçının dram əsərlərinin tamaşalarına yazılmış musiqilər səsləndi.

Dilarə Əzizova,
Qax Rayon Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi