Noyabrın 9-da Tərtər rayon Mərkəzi kitabxanasında görkəmli ədib, Xalq şairi Nəbi Xəzrinin 90 illiyinə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə MKS-nin direktoru U.Qurbanova çıxış edərək Nəbi Xəzrinin ədəbi fəaliyyətindən, həyatından, ədəbiyyatımıza verdiyi töhfələrdən danışıb. Mərkəzi kitabxananın müdiri Ş.Əliyeva, metodika şöbəsinin müdiri Ə.Süleymanova şairin yaradıcılığından bəhs edərək onun əsərlərinin mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə seçildiyini qeyd ediblər. Tədbirdə "Nəbi Xəzri-90" başlıqlı sərgi təşkil edilib. Sonda rayon məktəbliləri şairin şeirlərini söyləyiblər, onun sözlərinə bəstələnmiş mahnılar səsləndirilib.