Oğuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) oxu zalında Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Bir olaq, həmrəy olaq” adlı tədbir keçirildi.
MKS-nin direktoru S.Mikayılova tədbiri açaraq əlamətdar günün əhəmiyyətindən danışdı. Xidmət şöbəsinin baş kitabxanaçısı A.Fərzəliyeva “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü” mövzusunda çıxış etdi.
Bayram münasibətilə təbriklərini çatdıran rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri U.Baxışova bu günün ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində əhəmiyyətindən bəhs etdi. Bu bayram bütün dünya azərbaycanlıları tərəfindən bir zərurət və mənəvi ehtiyaca çevrilib və azərbaycançılıq məfkurəsinin həyata keçirilməsində əvəzsiz rol oynayır.

M.Bəkirova,
MKS-nin informasiya-resurs şöbəsinin müdiri