Yazı müsabiqəsində fərqlənən əcnəbi gənclər “Əfsanələr paytaxtı”nda

Gənclər və İdman Nazirliyinin Xarici İşlər Nazirliyi ilə birgə bu ilin aprel-may aylarında xarici ölkələrin gəncləri arasında keçirdiyi “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda esse yazı müsabiqəsinin qalibləri respublikamızda tanışlıq səfərində olublar. Müsabiqənin yekunu olaraq Avstriya, Avstraliya, Bəhreyn, Fransa, İsveçrə, İsveç, İspaniya, İordaniya, Malayziya, Qətər, Tunis və Xorvatiyadan olan nümayəndə heyətləri avqust ayında ölkəmizin bir sıra bölgələrini gəziblər. Avqustun 26-dan 31-dək Qəbələyə səfər edən əcnəbi gənclər rayonun tarixi abidələri, zəngin təbiəti, turizm və sənaye obyektləri ilə tanış olublar.