“Folklor paytaxtı” ilinin yaddaqalan tədbirlərindən biri də mayın 20-də Heydər Əliyev Mərkəzinin həyətində keçirilən 7-ci kitab bayramı olub. Tədbirdə rayonda ən zəngin kitabxanası olan Fuad Səlimova, ən qədim kitab növlərinin kolleksiyası ilə məşğul olan Arif Şabanova, ən fəal qocaman oxucu Səadət Xəlilovaya və Azad Jurnalistlər Birliyinin üzvü Zümrüd Dibirovaya rayon İcra Hakimiyyəti tərəfindən hədiyyə təqdim olunub. Həmçinin tanınmış balakənli şair Xutra Ramazanın yeni kitabının təqdimatı keçirilib. Şagirdlər şairin şeirlərini söyləyiblər. Oynaq mahnılar, şən rəqslərlə yekunlaşan tədbir hər kəsə xoş təəssürat bəxş edib.