Bir vaxtlar ölkəmizdə geniş yayılan və hər payız mövsümündə keçirilən “Məhsul bayramı” bolluğun, bərəkətin, firavanlığın nümayişi, çəkilən zəhmətə verilən qədir-qiymət idi. Son illər bu xoş ənənə bölgələrimizdə yenidən bərpa olunur.
Oktyabrın 31-də Balakən rayonunda da növbəti “Məhsul bolluğu bayramı” keçirilib. Məhsul bayramında rayonun sahibkarları, fermerləri istehsal etdikləri kənd təsərrüfatı məhsullarını nümayiş etdiriblər.
Mərasimdə çıxış edən folklorşünas alim Qalib Sayılov belə bayramların kökünün qədim keçmişə gedib çıxdığını və xalq yaradıcılıq irsində də dərin iz qoyduğunu diqqətə çatdırıb. Sonra konsert proqramı təqdim olunub. Müğənnilər Mətanət İsgəndərli, Vasif Məhərrəmli, Səməd Əlizadə, Əhmədiyyə Musayev, Burhan Rəşidov və digərlərinin ifasında səslənən mahnılar bayram iştirakçılarına xoş əhval-ruhiyyə bəxş edib.