Abşeron aşıqları Çeçenistanda çıxış ediblər

Dekabrın 16-17-də Rusiya Federasiyası Çeçenistan Respublikasının Qroznı şəhərində "Qafqaz - qonaqpərvərlik vətəni" Beynəlxalq Mədəniyyət və Turizm Forumu çərçivəsində xalq yaradıcılığı festivalı keçirilib. Festivalda respublikamızı Abşeron rayon Mədəniyyət evinin aşıqlar qrupu təmsil edib.
Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə festivala yola düşən nümayəndə heyətinə aşıq Famil Mikayılov və onu müşayiət edən Kərəm Vəliyev, Nurlan Abbasov və Mehman Seyidov daxil idi. Festivalda 12 ölkənin folklor qrupları iştirak edib. Abşeron aşıqlarının ifasında səsləndirilən “Şirvan gözəlləməsi” və digər aşıq havalarımız böyük maraqla qarşılanıb və iştirakçıların zövqünü oxşayıb.
Forumda Çeçenistan Respublikasının mədəniyyət naziri Baudi Daayevə Abşeron rayonunda aparılan quruculuq və abadlıq işlərini özündə əks etdirən kitablar, rayon sənətkarlarının əl işi olan xalça hədiyyə edilib.