Yanvarın 22-də ABŞ-ın Miluoki (Milwaukee) şəhərindəki (Viskonsin ştatı) “Haggerty” İncəsənət Muzeyində “Promising Waters” (“Gələcək vəd edən sular”) adlı sərgi açılacaq. Sərgidə dünyanın bir çox yerlərindən əsrarəngiz su mənzərələri təqdim olunacaq.
Ekspozisiyada Almaniyada fəaliyyət göstərən ukraynalı fotoqraf Mila Teşaiyevanın Azərbaycan, Qazaxıstan və Türkmənistanda çəkdiyi şəkillər də nümayiş etdiriləcək. Azərbaycana aid fotolar arasında Xəzər dənizinin sahilində yerləşən Lənkəran rayonunun Nərimanabad qəsəbəsi ilə yanaşı, Pirallahı adasında və digər görməli yerlərdə çəkilən şəkillər də var.
Bugünlərdə Britaniyanın “Financial Times” qəzeti fotosərgi haqqında məqalə dərc edib. “Gələcək vəd edən sular” sərgisi mayın 31-dək davam edəcək.