20 Yanvar hadisələrinin 25-ci ildönümü ilə bağlı Qax Rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan müəssisələrdə də anma mərasimləri, xatirə gecələri təşkil edilir. Yanvarın 14-də C.Cababrlı adıan Mərkəzi kitabxanada “Qəhrəmanlıq tariximizin 20 Yanvar zirvəsi” adlı dəyirmi masa keçirilib.
MKS-nin direktoru G.Əhmədovanın giriş sözündən sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra Heydər Əliyev Mərkəzinin əməkdaşı A.Camalovanın və Qax MKS-nin direktor müavini A.Əfəndinin 1990-cı il 20 Yanvar hadisələri ilə bağlı məruzələr dinlənilib.
Tədbirin qonaqları - Qızıl Aypara Cəmiyyəti Qax şöbəsinin rəhbəri S.Xəlilova, Günərzi Qayğı Mərkəzinin rəhbəri S.Süleymanova, Qax MTŞ-nin məsləhətçisi D.Əzizova o illərin acı həqiqətlərini bir daha xatırlayıblar. 2 saylı orta məktəbin şagirdləri 20 Yanvara həsr olunmuş şeirlər söyləyiblər. Tədbirdə 20 Yanvar mövzusunda kitab sərgisi də nümayiş olunub.