Yanvarın 17-də Kürdəmir rayon Mərkəzi kitabxanasında 20 Yanvar hadisələrinin 25-ci ildönümünə həsr olunmuş “Şəhidlər ölməz, vətən bölünməz” adlı anım mərasimi keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini V.Əsgərli, rayon YAP Qadınlar Şurası idarə heyətinin üzvü E.Şixəliyeva, mərkəzi kitabxananın fəal oxucuları və işçiləri iştirak edirdilər.
Əvvəlcə MKS-nin direktor müavini İ.Mahmudova çıxış edərək yeni tariximizin qan yaddaşı olan 20 Yanvar hadisələri haqqında məlumat verib. Mərkəzi kitabxananın işçisi M.Şirəliyeva, uşaq kitabxanasının müdiri X.Soltanova, YAP rayon təşkilatı Qadınlar Şurası idarə heyətinin üzvü E.Şixəliyeva mövzu ilə bağlı məruzələrlə çıxış ediblər, Qanlı Yanvarın Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğu diqqətə çatdırılıb.
20 Yanvar hadisələrinə həsr edilmiş kompozisiya, Mərkəzi kitabxananın işçisi X.Məmmədovanın ifasında dinlənilən “Şəhidlər xiyabanı” şeiri, faciəyə həsr edilmiş mahnılar tədbir iştirakçılarının böyük marağına səbəb olub.