Qusar Dövlət Rəsm Qalereyasında 2 fevral - Gənclər Günü münasibətilə yerli rəssamların əsərlərindən ibarət sərgi təşkil edilib. Sərgidə Zamir Vələdov, Nərgiz Hüseynəliyeva, Ramin Rüstəmov, Zöhrab Nağıyev, Kəmalə İsrafilova və digərlərinin müxtəlif mövzulara həsr olunmuş 40-a qədər əsəri nümayiş olunur.