Martın 6-da Mingəçevir şəhər M.P.Vaqif adına Mərkəzi kitabxanada 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Tədbiri MKS-nin direktoru Etibarə Babayeva açaraq kitabxananın qadın kollektivini bayram münasibətilə təbrik edib, xanımların cəmiyyətdə, həyatda, ailədəki mühüm rolundan danışıb. Kitabişləmə və komplektləşdirmə şöbəsinin müdiri Yaqut İsmayılova, xidmət şöbəsinin multimedia resursları üzrə mütəxəssisi Günel Məmmədova və başqaları çıxış edərək qadınlara xoş arzu və istəklərini bildiriblər. İfa olunan rəngarəng musiqilər iştirakçılara xoş ovqat bəxş edib.