Abşeron rayon Mədəniyyət mərkəzinin direktoru Məmmədkərim Səmədov iyunun 8-də, 65 yaşında vəfat edib.
Məmmədkərim Səmədov 1950-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutun teatrşünaslıq fakültəsini bitirib.
Xocahəsən qəsəbə klubunda kütləvi işçi, Qobu qəsəbə Mədəniyyət evinin müdiri işləyib. 1995-ci ildən Abşeron rayon Mədəniyyət mərkəzinin direktoru idi.
Dövri mətbuatda mədəniyyət və incəsənət mövzusunda məqalələri, hekayə və novellaları çap olunub. Mədəniyyət mərkəzində fəaliyyət göstərən “İntellekt” yaradıcılıq klubuna rəhbərlik edirdi. 2006-cı ildə “Simurq” milli mükafatına layiq görülmüş, 2011-ci ildə Abşeron Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif olunmuşdu.
Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsinin kollektivi Məmmədkərim Səmədovun vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.