Ağsu rayon Mərkəzi kitabxanasında 1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar dəyirmi masa keçirilib. Tədbiri açan kitabxananın direktoru Cəbrayıl Bədəlov qeyd edib ki, Azərbaycanın bədxahları əsrlər boyu dilimizi, əlifbamızı, milli-mənəvi dəyərlərimizi məhv etmək üçün əllərindən gələni etməyə çalışıblar.
Çıxışlarda bildirilib ki, 1991-ci il dekabrın 25-də Azərbaycan Ali Soveti latın qrafikalı Azərbaycan əlifbasının bərpa olunması ilə bağlı qərar qəbul etsə də, bu proses çox ləng gedirdi. Prezident Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanı ilə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqini sürətləndirdi və bu proses 1 avqust 2001-ci ildə başa çatdı. Bu hadisənin ölkəmizin siyasi-mədəni həyatındakı əhəmiyyətini nəzərə alan Prezident Heydər Əliyev 2001-ci il avqustun 9-da daha bir fərman imzaladı. Həmin fərmanla 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi elan olundu.
Sonda tədbir iştirakçıları bu mövzuda hazırlanmış sərgi ilə tanış olublar.