Biləsuvar rayon Mərkəzi kitabxanasında görkəmli hərbi xadim Cəmşid Naxçıvanskinin 120 illik yubileyi ilə əlaqədar dəyirmi masa təşkil olunub.
Mərkəzi kitabxananın direktoru Elşad Talıbov çıxış edərək generalın həyat yolundan, hərbi şücaətindən söz açıb. Sonda sərkərdə haqqında qısa film göstərilib.
* * *
Lerik rayon MKS-nin Mərkəzi kitabxanasında da briqada komandiri, general Cəmşid Naxçıvanskinin yubileyi münasibətilə tədbir keçirilib. Lerik rayon MKS-nin direktoru T.Feyziyev generalın döyüş və ömür yolu barədə danışıb. Qeyd olunub ki, Azərbaycan xalqı qəhrəman oğulları ilə həmişə fəxr edir və onların həyatı müasir gəncliyimiz üçün bir örnəkdir.