Neftçala rayon MKS-nin əməkdaşları rayonun Qırmızıkənd və Qaçaqkənd kəndlərində Qarabağ uğrunda gedən döyüşlərdə şəhid verən ailələrə baş çəkiblər. MKS-nin direktoru E.Kazımova, metodika-biblioqrafiya şöbəsinin müdiri B.Niftaliyeva, baş metodist R.Mahmudova Qırmızıkənd kəndində şəhid döyüşçü Səmədov Əli Əliniyaz oğlunun və Qaçaqkənd kəndində şəhid döyüşçü Əliyev Əliyusif Yəhya oğlunun ailəsi ilə görüşərək səmimi söhbət ediblər. Şəhidlərimizin əziz xatirəsinin heç vaxt unudulmadığı, igid vətən övladlarının həyat yolunun gənc nəslə örnək olduğu vurğulanıb.