Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyi qədim tariximizə şahidlik edən eksponatlarla zəngindir. Muzeydə e.ə. II-I əsrlərə və sonrakı dövrlərə aid olan müxtəlif gil qablardan ibarət “Tariximizin yadigarları” adlı sərgi təşkil edilib. Antik dövrdən indiyə qədər istifadə edilən müxtəlif formalarda gil çıraqlar, su qabları, boşqablar, bərnilər, vazalar, qazanlar, bitkilərdən məlhəmlər hazırlamaq üçün xüsusi qablar, küplər və XIV-XV əsrlərdə soyuducu kimi istifadə olunan böyük küp tariximizin yadigarları kimi ekspozisiyaya gözəllik qatır, insanları xəyalən keçmişə aparır.

Muzeyə gələn ziyarətçilər burada mühafizə olunan eksponatlara böyük maraq göstərir, təəssüratlarını xatirə kitabına qeyd edirlər.