Şirvan şəhərində keçmiş SSRİ dövründə tikilmiş, sonradan baxımsızlıq ucbatından sıradan çıxmış yay kinoteatrı əsaslı təmir və bərpadan sonra tamaşaçıların istifadəsinə verilib.
330 nəfər tamaşaçı tutumu olan kinoteatrın səhnəsinə yeni tərtibat verilib, müasir işıqlandırma sistemi və avadanlıqlar quraşdırılıb. Kinoteatrın xarici görkəmi də dəyişdirilib, ətrafda yaşıllaşdırma və abadlıq işləri aparılıb.
Açılış mərasimində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov və Milli Məclisin deputatı Azay Quliyev iştirak ediblər. İştirakçılar kinoteatrda aparılan yenidənqurma işləri və yaradılmış şəraitlə tanış olublar.