Naxçıvan Muxtar Respublikasının düşmənlə sərhəddə yerləşən Sədərək rayonunun Sədərək kəndində uşaq musiqi məktəbi üçün yeni bina inşa olunur. İnşaata bu ilin aprel ayından başlanılıb və bu müddətdə tikinti işlərinin böyük qismi başa çatdırılıb. Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan binanın həyətində yaxın vaxtlarda abadlıq işlərinə başlanacaq, ərazidə müasir işıqlandırma sistemləri quraşdırılacaq, yaşıllıqlar salınacaq.
Binada uşaqlara hərtərəfli musiqi təhsili verilməsi üçün hər cür şərait yaradılacaq, 34 sinif otağı, orkestr zalı, musiqi nəzəriyyəsi və ədəbiyyatı kabinələri, kitabxana, iclas zalı və digər otaqlar müəllim və şagirdlərin ixtiyarına veriləcək.