Neftçala rayon Mərkəzi kitabxanasının xidmət şöbəsində "Mütaliə həftəsi" ilə əlaqədar "Gəlin, mütaliə edək" başlıqlı geniş kitab sərgisi təşkil edilib. Sərgidə Azərbaycan ədəbiyyatı ilə yanaşı, dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri, o cümlədən şöbəyə daxil olan yeni kitablar nümayiş olunub.
Neftçala rayon MKS-nin Mikayıllı kənd kitabxanasında isə 15 sentyabr - Bilik Günü ilə əlaqədar oxucularla görüş keçirilib. Kitabxanaçılar görüşdə iştirak edən məktəbliləri maraqlı nəşrlərlə tanış ediblər, insanın dünyagörüşünün yüksək olmasında mütaliənin rolundan söz açıblar.