2-6 oktyabr tarixində Gəncə şəhər Mərkəzi kitabxanasında “Mütaliə həftəsi” keçirilib. Tədbir çərçivəsində “Gəncəm mənim, qüdrətim mənim”, “Klassik Azərbaycan ədəbiyyatı xəzinəmizdən” və s. mövzularda kitab sərgiləri təşkil olunub. Sərgidə müxtəlif sahələri əhatə edən yüzdən artıq adda kitab nümayiş etdirilib. Eyni zamanda Azərbaycan və dünya mütəfəkkirlərinin kitab və mütaliənin insanların dünyagörüşünü zənginləşdirməsinə dair fikirlərinə yer verilib.