Oktyabrın 19-da Astara rayon Mərkəzi kitabxanasında “Uşaq kitab bayramı” keçirilib. Tədbir iştirakçıları əvvəlcə kitabxananın foyesində müxtəlif mövzularda kitab sərgilərinə baxıblar.
MKS-nin direktoru Tural Eyvazovun tədbir iştirakçılarına təbrik sözündən sonra uşaq şöbəsinin işçisi Aysel Əkbərovanın məruzəsi dinlənilib. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı rayon komitəsinin sədri Hacıbala Ramazanov, Yazıçılar Birliyinin üzvü, şairə Sakitə Ülvi, M.Ə.Sabir adına şəhər 1 saylı orta məktəbin dil-ədəbiyyat müəllimi Zümrüd Ərçəyeva, MKS-nin direktor müavini İlyas Məmmədov və digər çıxış edənlər elektron müasir informasiya vasitələrinin geniş yayılmasına baxmayaraq, kitabın hələ də həyatımızda ən dəyərli məlumat mənbəyi olduğunu diqqətə çatdırıblar.
Sonda kitabxananın fəal oxucularına MKS-nin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı rayon komitəsinin hədiyyələri təqdim edilib.
Natəvan Mədətzadə,
Astara rayon Mərkəzi kitabxanasının şöbə müdiri