İran İslam Respublikasında təhsil alan xarici tələbələr iyulun 9-da Qəzvin şəhərində beynəlxalq kitab sərgisi təşkil olunub.
   Azərbaycan Respublikasından olan tələbələr də sərgidə ölkəmizə aid bölmə yaradıb. Burada ziyarətçilər Azərbaycanın İrandakı səfirliyi tərəfindən təqdim edilən xeyli sayda kitab, jurnal və bukletlərdən ibarət bölmədə ölkəmizə dair həqiqətlərlə tanış olublar.
   Qeyd edək ki, bölmədə ulu öndərimizin zəngin həyatını, Prezident İlham Əliyevin uğurlu fəaliyyətini və Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələri əks etdirən materiallar da yerləşdirilib.