Zərdab rayonundakı Həsən bəy Zərdabi muzeyində görkəmli mətbuat xadimi, maarifpərvər ziyalının xatirə tədbiri keçirilib.
Muzeyin direktoru Vəfa Bayramova Həsən bəy Zərdabinin mədəniyyət tariximizdəki misilsiz xidmətlərindən söz açıb. Qeyd olunub ki, böyük maarifpərvər ziyalı bütün həyatını xalqımızın səadəti üçün həsr edib. Qazandığı yeganə var-dövlət xalqın sonsuz məhəbbəti və təmiz ad olub.
Digər çıxış edənlər də böyük maarif fədaisinin mədəniyyətimizə verdiyi töhfələrdən danışıblar. Sonda Həsən bəyin qardaşı Səfəralı bəyin əkiz kötücələri, 3 saylı məktəbin şagirdləri Həsən və Məleykə Zərdabilər ulu babaları haqqında şeirlər söyləyiblər.