Dekabrın 18-də Kürdəmir şəhərində Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin nəzdində yaradılmış “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun təşəbbüsü ilə gənc mədəniyyət işçilərinin 1-ci regional toplantısı olacaq.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə keçiriləcək tədbirdə ölkəmizin regionlarını təmsil edən 300 nəfərədək gənc mədəniyyət işçisinin iştirakı nəzərdə tutulub.
Regionlarda və paytaxtda çalışan gənc mədəniyyət işçilərinin qrupunun yaradılması, məqsədi və onun əsas fəaliyyət istiqamətləri, prioritet hədəfləri barədə müzakirələr aparılacaq.
Tədbirin sonunda bölgələrdə və paytaxtda çalışan bəzi gənc mədəniyyət işçiləri fəxri diplomlarla təltif olunacaqlar.