20 Yanvar faciəsinin ildönümü münasibətilə Mingəçevir Turizm Kollecində silsilə tədbirlər təşkil olunub.
Kollecin Heydər Əliyev adına ideoloji kabinetində tələbələr üçün açıq dərs keçirilib. Dərsi aparan tarix müəllimi Eldar Dərişov çıxış edərək 20 Yanvar faciəsi barədə iştirakçılara geniş məlumat verib, bu hadisənin Azərbaycanın müstəqilliyinə aparan yolun qanlı və şərəfli bir səhifəsi olduğunu bildirib. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bu hadisəyə siyasi-hüquqi qiymət verildiyi diqqətə çatdırılıb.
Tarix müəllimi Ceyhun Abdullayev faciəni doğuran səbəblər, həmin dövrdə baş verən siyasi proseslər və onların acı nəticələri barədə danışıb. Tədbirdə iştirak edən tələbələr də müzakirələrə qoşularaq mövzu barədə düşüncələrini bölüşüblər.