Fevralın 1-də Gəncə şəhər MKS-nin 7 saylı kitabxanasında "Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır" mövzusunda dəyirmi masa keçirilib.
Kitabxananın müdiri Natella Hacıyeva əlamətdar gün haqqında məlumat verib, gənclərlə bağlı dövlət siyasətindən söz açıb. Gəncə Dövlət Universitetinin tələbələri müasir gənclərimizin respublikanın ictimai-siyasi həyatındakı rolundan, qazandıqları uğurlardan danışıblar.