Azərbaycan yazıçısı, Slavyan Universitetinin rektoru Kamal Abdullanın “Yarımçıq qalmış əlyazma” romanı Braziliyada portuqal dilində çapdan çıxıb. Bununla əlaqədar Braziliyanın Azərbaycandakı səfiri Paulo Pinto Slavyan Universitetinə K.Abdullanın yanına gələrək bu qiymətli əsərə görə ona təşəkkürünü bildirib.
   Cavab sözündə yazıçı portuqal dilində kitabının bir nüsxəsini ona hədiyyə edib. Nəşrə ön sözü Paranoya Universitetinin professoru xanım Suca Svarnakar yazıb. K.Abdullanın “Yarımçıq qalmış əlyazma” romanı ilk dəfə 4 il bundan qabaq işıq üzü görüb. Əsər Fransada (fransız dilində), Rusiyada (rus dilində), Türkiyədə (türk dilində) nəşr edilib və ədəbi dairələrdə böyük rezonans doğurub.