Qazax Dövlət Dram Teatrının kollektivi yeni tamaşalar üzərində işləyir. Teatrın direktoru Saqif İsgəndərovun qəzetimizə verdiyi məlumata görə, 2009-cu ilin repertuarını artıq müəyyənləşdiriblər. İl ərzində teatrda Türkiyənin tanınmış yazıçısı Orxan Kamalın «Yad qızı», İmran Qasımov və Həsən Seyidbəylinin birgə yazdığı «Sən nə üçün yaşayırsan?», Nəcəf bəy Vəzirovun «Ağakərim xan Ərdəbili» və yazıçı-dramaturq Heydər Qasımlının «Akademik kürəkən» əsərləri tamaşaya qoyulacaq. Hazırda bu əsərlərdən biri, H.Qasımlının «Akademik kürəkən» əsəri səhnələşdirilir. Tamaşanın quruluşçu rejissoru Musa Eyyubov, musiqi tərtibatçısı Aybəniz Qurbanova, rəssamı isə Afiq Məmmədovdur.
   
    Fəxriyyə