Fevralın 3-də Moskva Böyük Teatrının səhnəsində Azərbaycanın tanınmış bəstəkarı, xalq artisti, professor Polad Bülbüloğlunun “Məhəbbət və ölüm” baleti nümayişi olacaq. Sözügedən nümayiş Rusiya Mədəniyyət Nazirliyi və Moskva şəhər administrasiyasının dəstəyi ilə “Qızıl maska” milli teatr mükafatı və “Ən yaxşı Rusiya tamaşası” proqramı çərçivəsində reallaşacaq. “Məhəbbət və ölüm” baletinin süjetinin əsasını “Kitabi - Dədə Qorqud” dastanı təşkil edir. Operanın quruluşçu xoreoqrafı və librettonun müəllifi Samara Akademik Opera və Balet Teatrının baletmeysteri Nadejda Malqina, dirijoru Fabio Manstanjelo, səhnə tərtibatı Rusiyanın əməkdar rəssamı İqor İbanovdur. Xatırladaq ki, bu tamaşa Rusiyanın ən tanınmış və aparıcı musiqili teatrlardan biri olan Yekaterinburq Akademik Opera və Balet Teatrında 2009-cu ilin iyun ayında səhnələşdirilib.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar