Azərbaycan Dövlət Musiqili Komediya Teatrının kollektivi “Bizim 100 yaşımız var” layihəsi çərçivəsində rayonlarda qastrol səfərlərində olub. 
   Gəncədə, Salyanda, Yevlaxda, Şəkidə uğurlu tamaşalar göstərən teatr mayın 5-də Neftçalada rayon sakinlərinə Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə Süleyman Ələsgərov və İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz” komediyasını təqdim edəcək.
   Tamaşada əsas rollarda Əməkdar artist Səmayə Musayeva, aktyorlar Novruz Əliyev, Əzizağa Əzizov, Məhərrəm Qurbanov, Nadir Xasıyev, Mehriban Zalıyeva, Hüseyn Əlili, Gültac Həsənova çıxış edəcəklər.
   Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev bildirib ki, kollektivin Neftçaladan başqa digər rayonlarda da maraqlı görüşləri planlaşdırılıb.