Ş. Qurbanov adına Musiqili Komediya Teatrının gənc solistlərindən olan Fərid Əliyev SSRİ Xalq artisti A.Kuroçkin adına gənc operetta və müzikl artistlərinin III Beynəlxalq müsabiqəsində iştirak edəcək. 18-23 may tarixlərində Yekaterinburqda baş tutacaq müsabiqənin münsiflər heyətinə bəstəkar Aleksandr Jurbin rəhbərlik edir. Eyni zamanda Opera və Balet Teatrının solisti olan Fərid Əliyev 1999-cu ildən Musiqili Komediya Teatrında çalışır. İndiyədək «Arşın mal alan», «O olmasın, bu olsun», «Maritsa», «Silva» və digər tamaşalarda iştirak edib.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar