Şuşa Dövlət Dram Teatrının kollektivi 11 saylı cəzaçəkmə müəssisəsində «Ağ qayıq» tamaşasını nümayiş etdirib. Tamaşa məhkumların marağına səbəb olub. Səhnə əsərinin müəllifi Elnurə Abdullayeva, quruluşçu rejissoru Samir Qulamovdur. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşa Qarabağ müharibəsinin bəlalarından, insanlara vurduğu mənəvi zərbələrdən bəhs edir. Tamaşa cəzaçəkmə müəssisəsində ilk dəfə nümayiş etdirilir. Teatrın əməkdaşları hərbi vətənpərvərlik ruhunda yazılan əsərin məhkumlara müsbət təsir göstərəcəyinə əmindirlər. «Ağ qayıq» tamaşasının digər cəzaçəkmə müəssisələrində də nümayiş etdirilməsi nəzərdə tutulur.