Dekabrın 13-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında J.Bizenin “Karmen” tamaşası nümayiş olunacaq. Teatrdan bildiriblər ki, tamaşadan əvvəl dünyada tanınmış fransız aktyoru Jerar Depardye çıxış edərək, Prosper Merimenin “Karmen” novellasından seçilmiş hissələri səsləndirəcək.
   Həmin gün “Karmen” tamaşası Rostropoviç adına IV Beynəlxalq festival çərçivəsində Moskvadakı Qalina Vişnevskayanın Opera Mərkəzinin gənc və istedadlı vokalçılarının iştirakı ilə təqdim olunacaq.