Dekabrın 7-12-də Minskdə keçiriləcək I Beynəlxalq Milad Opera Forumunda opera səhnəsinin ulduzları iştirak edəcəklər.
   Tamaşaçılar altı gün ərzində tanınmış Belarus artistlərinin və qonaqların ifasında ən populyar tamaşalara baxacaqlar. Belarus Milli Opera və Balet Teatrının səhnəsində Azərbaycan, Rusiya, Litva, Latviya, Serbiya, İspaniya və Özbəkistandan 150 qonaq iştirak edəcək.
   Baha olmasına baxmayaraq, bir çox tamaşalara biletlər artıq satılıb. Festival dekabrın 12-də dünya opera sənəti ulduzlarının qala-konserti ilə başa çatacaq.
   Festival çərçivəsində MDB ölkələrinin və digər ölkələrin ən iri teatr kollektivlərinin direktorlarının, habelə teatr tənqidçilərinin və aparıcı nəşrlərin jurnalistlərinin iştirakı ilə “dəyirmi masa” keçiriləcək. Tədbirdə opera sənətinin inkişafı perspektivləri müzakirə ediləcək, festival tamaşaları barədə fikir mübadiləsi aparılacaq.