Dekabrın 10-da Opera və Balet Teatrının səhnəsində “Leyli və Məcnun” operası nümayiş etdiriləcək. Məcnun rolunu teatrın solisti, Xalq artisti Mənsum İbrahimov, Leyli obrazını isə Xalq artisti Aygün Bayramova canlandıracaqlar.
   M.İbrahimov bildirib ki, bu, onun 2010-cu ildə oynayacağı son və ümumilikdə isə 114-cü Məcnun obrazı olacaq.