Füzuli Dövlət Dram Teatrında yeni tamaşanın məşqləri gedir. Teatr Süleyman Sani Axundovun «Şahsənəm və Gülpəri» əsərini səhnələşdirir. Tamaşa ilin sonuna qədər təhvil veriləcək. Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, rəssamı Elnaz Balaşova, musiqi tərtibçisi isə Nizami Süleymanovdur.
   Qeyd edək ki, Füzuli Dövlət Dram Teatrı Füzuli rayonunun Horadiz şəhərindəki Mədəniyyət Evində fəaliyyət göstərir. Yeni tamaşanın premyerası da burada olacaq.
   Teatr bununla yanaşı qastrol səfərlərinə də hazırlaşır. Yaradıcı kollektivin 2011-ci ilin birinci rübündə Beyləqan, İmişli rayonlarına qastrol səfərləri planlaşdırılıb.