“Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi dekabrın 30-da bütövlüklə işdən azad olunacaq. İşə qəbul yenidən müsabiqə yolu ilə aparılacaq. Bu məqsədlə komissiya yaradılıb”.
   Bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O, qeyd edib ki, nazir müavini Ədalət Vəliyevin rəhbərlik edəcəyi komissiyada teatrşünaslar, nazirlikdən, Teatr Xadimləri İttifaqından, o cümlədən teatr kollektivindən də nümayəndə təmsil olunacaq: “Biz teatrın daxilində müasir standartlara cavab verən yeniliyin yaranmasını istəyirik. Teatra lazım olan adamlar qalıb işləyəcək. Qəbul olunan aktyorlarla 1 illik müqavilə bağlanacaq. Hər il müqavilə yenilənəcək və müsabiqə yolu ilə işə qəbul aparılacaq”.