Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından sonra Dövlət Musiqili Komediya və Gənc Tamaşaçılar teatrlarında da islahatlar həyata keçiriləcək. Bu barədə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev məlumat verib. Nazir müavini deyib ki, Milli Dram Teatrında olduğu kimi, adıçəkilən teatrlarda da bütün kollektiv buraxılacaq və yenidən işə qəbul müsabiqə yolu ilə aparılacaq. Dövlət Musiqili Komediya Teatrında müsabiqəyə burada əsaslı təmir işləri başa çatdıqdan sonra başlanılacaq. Hər iki teatrda işçilərlə bir illik müqavilə bağlanılacaq. Müqavilələr hər il yenilənəcək.