Martın 12-13-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Moskvanın teatr və kino ulduzlarının iştirakı ilə “Böyük zebr” musiqili komediyası oynanılacaq. Teatrdan bildiriblər ki, Jak Briker və Moris Lasetanın pyesləri əsasında qoyulmuş tamaşada əsas rolları Rusiyanın məşhur aktyorları - Larisa Quzeyeva, Sergey Kolesnikov, Yelena Katışeva, Nikolay Bandurin, Pyotr Belşkov, Anna Nevskaya ifa edəcəklər.