Yanvarın 13-14-də Ankara Opera və Balet Teatrında TÜRKSOY və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Xalq atisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun “Məhəbbət və ölüm” baleti sənətsevərlərə təqdim olunacaq.
   İlk dəfə 2005-ci ildə səhnəyə qoyulmuş baletin librettosu “Dədə Qorqud” dastanının motivləri əsasında yazılıb. Türkiyədə oynanılacaq əsər Rusiya Federasiyasının məşhur Yekaterinburq Opera və Balet Teatrı tərəfindən səhnələşdirilib. Baletdə klassik simfoniya, folklor və xalq rəqslərinin ecazkar sintezi diqqəti cəlb edir.
   Baletin librettosunun müəllifi və xoreoqrafı Nadejda Malıgina, orkestrin rəhbəri Pavel Kliniçevdir.