Azərbaycan Dövlət Musiqili Komediya Teatrında yeni tamaşalar hazırlanır.
   Teatrdan bildiriblər ki, sənət ocağına dəvət olunmuş gürcü rejissoru Qoçi Qopanadze A.Saqarelinin “Xanuma” əsərini tamaşaya qoyacaq. Əsərin adı qəhrəmanın adı ilə bağlıdır və həmin Xanuma obrazını Xalq artisti Afaq Bəşirqızı canlandıracaq. Tamaşa yaxın vaxtlarda tamaşaçılara təqdim ediləcək.