Şuşa Dövlət Musiqili Dram Teatrı qastrol səfərlərinə hazırlaşır. Teatr Beyləqan, İmişli və Saatlı rayonlarına səfər edəcək. 13-15 yanvar tarixlərində baş tutacaq qastrol səfərində teatrın yaradıcı heyəti «Ağ qayıq» tamaşasını təqdim edəcək.
   Qeyd edək ki, Elnurə Abdullayevanın müəllifi olduğu bu əsərə rejissor Samir Qulamov quruluş verib. Səhnə əsərinin rəssamı Mahir Cananov, musiqi tərtibatçısı Aygün Zeynalovadır. Rollarda Şüküfə Musayeva, Ramil Zeynalov, Dünyaxanım Dünyamalıyeva, Mahir Mirişli, Aybəniz Əhmədova, Tural Məhərrəmov, Rasəf Mehdiyev, Nazir Rüstəmov, Ləman İmanova, Şükufə Musayeva və başqaları iştirak edirlər.  

 Gülər