Gürcü sənətçiləri Azərbaycan Dövlət Rus Dram Teatrında "Mühacirlər" tamaşasını göstərəcəklər
   
   Martın 1-də A.S.Qriboyedov adına Tbilisi Dövlət Akademik Rus Dram Teatrının yaradıcı kollektivi Bakıya qastrol səfərinə gələcək. 
    Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrından bildiriblər ki, ikigünlük qastrol səfəri çərçivəsində gürcüstanlı qonaqlar məşhur Polşa dramaturqu Slavomira Mrojekanın eyniadlı pyesi əsasında, rejissor və aktyor İrakli Apakidzenin səhnələşdirdiyi "Mühacirlər" tamaşasını təqdim edəcəklər.
   İ.Apakidze ilk dəfə bu tamaşanı 2000-ci ildə Hollandiyanın Amsterdam şəhərində yerləşən "(NES) De Brakke Grond" teatrında səhnəyə qoyub. 2002-ci ildə isə tamaşa Amsterdamın başqa bir teatrında - "Stadsschouwburg"da səhnələşdirilmişdir. Tamaşa Belçika, Almaniya, Fransa və ABŞ-da da nümayiş etdirilib və böyük müvəffəqiyyət qazanıb.