Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıcılıq studiyasının “Günay” Uşaq Teatrı Gəncə şəhərində qastrol səfərində olub. Teatrın yaradıcı kollektivi Gəncə tamaşaçıları qarşısında Pyotr Çaykovskinin “Şelkunçik” tamaşası ilə çıxış edib. Çıxışları alqışlarla qarşılanmış “Günay” Uşaq Teatrı Gəncə Zabitlər Evinin və bu şəhərdəki rus icmasının birgə təsis etdikləri fəxri fərmana layiq görülüb.