Azərbaycanlı balet ustası Ülvü Əzizov Parisin balet paytaxtı hesab edilən “Le Zenit” konsert zalında “Yatmış gözəl” baletində şahzadə Dezire rolunu böyük müvəffəqiyyətlə oynayıb. Səhnə əsərini izləyən üç mindən çox tamaşaçı həmyerlimizin möhtəşəm çıxışını alqışlarla qarşılayıb. Ü.Əzizov yanvar-fevral aylarında şahzadə Dezire rolunu Fransanın Marsel, Nitsa və başqa şəhərlərinin teatrlarında da oynayacaq.