Ağdam Dövlət Dram Teatrının kollektivi Gəncədə Fransız yazıçısı Marsel Birkye-Marinyenin “Oğru” pyesini tamaşaçılara təqdim edib. Ailə-məişət məsələlərindən bəhs edən və dövlət sifarişi ilə hazırlanmış tamaşa alqışlarla qarşılanıb. Tamaşanın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi, Gəncə Dövlət Dram Teatrının baş rejissoru Vaqif Şərifov deyib ki, Ağdam teatrının binası olmadığından əsərin məşqləri də Gəncədə aparılıb.