Salyan Dövlət Kukla Teatrı yazıçı Əli Səmədlinin “Allahverdinin vəfalı xoruzu” əsəri əsasında hazırladığı tamaşanın məşqlərini başa çatdırır. Teatrın direktoru Yavər Cəbrayılov bildirib ki, fevralın əvvəllərində tamaşanın premyerası olacaq. Teatr yeni tamaşası ilə respublikanın müxtəlif rayonlarında da çıxış etmək niyyətindədir.